Xəbər lenti

Azərbaycan kuboku: "Qarabağ"dan qələbə, Zirədə bərabərlik
İdman17:56 20.04.2022

Azərbaycan kuboku: "Qarabağ"dan qələbə, Zirədə bərabərlik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk görüşləri baş tutub.
Qaynarinfo xəbər verir ki, əvvəlcə "Qarabağ" səfərdə "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb. Hesabı 6-cı dəqiqədə meydan sahiblərindən Asif Məmmədov açıb. Ancaq cəmi 10 dəqiqə sonra "Qarabağ" İsmayıl İbrahimlinin qolu ilə hesabı bərabərləşdirib. Qurban Qurbanovun komandası ikinci hissənin sonlarına yaxın daha iki qol vuraraq qələbəni təmin edib. Son iki qolu İbrahima Vadji (88) və Kadi Borges (90+1-p.) rəqib qapısından keçirib.
Günün son matçında "Zirə" "Neftçi"ni qəbul edib. Zirə İdman Kompleksində keçirilən qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
Cavab oyunları aprelin 29-da gerçəkləşəcək.
Səbuhi Həsənov