Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, günün ilk matçında Azərbaycan Kubokunun son qalibi "Keşlə" "Qaradağ Lökbatan"ı qəbul edəcək. "ASK Arena"da keçiriləcək görüşə saat 15.00-da start veriləcək.
1/8 final mərhələsi "Bank Respublika Arena"da baş tutacaq "Sabah" - "Kəpəz" qarşılaşması ilə yekunlaşacaq.
Azərbaycan Kuboku, 1/8 final mərhələsi
11 dekabr (şənbə)
15:00. "Keşlə” – "Qaradağ Lökbatan”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
"ASK Arena”
18:00. "Sabah” – "Kəpəz”
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
"Bank Respublika Arena”
1/8 final mərhələsinin ötən ghün baş tutan qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
"Zaqatala" - "Səbail" 1:3,
MOİK - "Qəbələ" 1:2
Səbuhi Həsənov