Xəbər lenti

Azərbaycan millisi futbolda İrana qalib gəldi
İdman15:17 15.01.2017

Azərbaycan millisi futbolda İrana qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə çıxış edən 1999-cu il futbolçulardan ibarət millimiz bu gün növbəti oyununu keçirib. 

Qaynarinfo.Az xəbər verir ki, komandamız İran yığması ilə qarşılaşıb.

Görüş millimizin minimalhesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu 77-ci dəqiqədə türkiyəli legionerimiz Doğukan Öksüz vurub.

C qrupunda 3 oyundan sonra 1 xalla sonuncu sırada qərarlaşmış yığmamız 9-16-cı yerlər uğrunda mübarizəsini davam etdirir. Növbəti rəqib yanvarın 17-də Estoniya millisi olacaq.

Qaynarinfo.Az