
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. "Qaynarinfo" xəbər verir ki, Yaşar Vahabzadənin başçılıq etdiyi komandamız İsrailin qonağı olub.
Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 12-ci dəqiqədə Moti Barsazki açıb. 24-cü dəqiqədə İsrail millisindən Neta Lavi meydandan qovulub. Rəqib azlıqda qalsa da, qol vura bilməyən millimiz əvəzində iki dəfə məyus olub. 37-ci dəqiqədə Elyel Perez, 57-ci dəqiqədə Maksim Plakuscenko fərqlənib. 70-ci dəqiqədə isə Elnur C?f?rov komandamızın təsəlli qoluna imza atıb.
Qaynarinfo.Az