Xəbər lenti

Milli komandamız Litva ilə qarşılaşacaq
İdman13:24 18.02.2019

Milli komandamız Litva ilə qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. 
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva yığması ilə üz-üzə gələcək. 
Martın 25-də "Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq. 
Qeyd edək ki, Azərbaycan millisinin Nikola Yurçeviçin rəhbərliyi altında ilk sınağı martın 21-də səfərdə Xorvatiyaya qarşı olacaq. AVRO-2020-nin seçmə mərhələsindəki ilk görüş Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək.