Xəbər lenti

Azərbaycan millisi Maltaya uduzdu
İdman16:05 09.04.2022

Azərbaycan millisi Maltaya uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, millimiz Avropa çempionatının seçmə oyununda Malta ilə görüşüb.
İkinci mərhələdə B liqasının 1-ci qrupunda mübarizə aparan komandalar Şimali İrlandiyada üz-üzə gəlib. Üç gün öncə Farer adalarını iki qolla yenən Azərbaycan millisi bu dəfə oyuna erkən qolla başlasa da, 1-ci dəqiqədə əldə olunan üstünlüyü qoruya bilməyib. Maltaya uduzan komandamız liderliyi əldən verib.
Qeyd edək ki, komandamız üç gündən sonra Şimali İrlandiya ilə görüşəcək.
Avropa çempionatının seçmə mərhələsi
B liqası, 1-ci qrup
II tur, 10 aprel
17:00. Azərbaycan – Malta – 1:2
Qollar: Pərvin Səfərəliyeva, 1 – Uillis, 62, Ferugia, 69
Larne. İnver Park