Xəbər lenti

Azərbaycan millisi Paris-2024-ə vəsiqə qazandı
İdman11:10 14.04.2024

Azərbaycan millisi Paris-2024-ə vəsiqə qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxıb.
Qaynarinfo-nun məlumatına görə, yığma finalda Polşa kollektivi ilə üz-üzə gəlib.
Rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Beləliklə, ölkəmiz ilk dəfə komanda idman növündə olimpiadada təmsil olunacaq.