Xəbər lenti

Azərbaycan millisi tanınmamış ölkədə bu tarixdə oyun keçirəcək - TƏQVİM
İdman12:57 26.01.2017

Azərbaycan millisi tanınmamış ölkədə bu tarixdə oyun keçirəcək - TƏQVİM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2019-un seçmə mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.

Qaynarinfo.Az xəbər verir ki, bu gün keçirilən püşkatmadan sonra 5-ci qrupda çıxış edəcək Almaniya, İsrail, Norveç, İrlandiya, Azərbaycan və Kosovo yığmalarının nümayəndələri qrup matçlarının təqvimini razılaşdırıb.

Millimiz ilk oyununu avqustun 31-də İsrailə qarşı keçirəcək. Komandamızın son rəqibi isə gələn il oktyabrın 16-dakı səfər matçında Norveç olacaq. Azərbaycan tərəfindən tanınmayan Kosovonun yığmasının Bakıda oyunu noyabrın 14-də olacaq. 2018-ci ilin martın 22-də isə Azərbaycan yığması tanınmamış ölkədə oyun keçirəcək.

2017-ci il

31 avqust

İsrail – Azərbaycan

5 sentyabr

Azərbaycan – İrlandiya

6 oktyabr

Almaniya – Azərbaycan

9 noyabr

Azərbaycan – Almaniya

14 noyabr

Azərbaycan – Kosovo

2018-ci il

22 mart

Kosovo – Azərbaycan

27 mart

İrlandiya – Azərbaycan

6 sentyabr

Azərbaycan – İsrail

11 sentyabr

Azərbaycan – Norveç

16 oktyabr

Norveç – Azərbaycan

Qaynarinfo.Az