
Türkiyənin "Manisaspor" klubu "Sumqayıt" komandasından ayrılan futbolçu Uğur Pamuku sıralarına qatıb.
Qaynarinfo.az xəbər verir ki, Pamuk millimizin sabiq hücumçusu Branimir Subaşiçin 2 mövsüm əvvəl çıxış etdiyi Manisa klubu ilə 2 illik müqavilə bağlayıb. Yenidən Türkiyənin I dəstəsində çıxış edəcək "Manisaspor"un prezidenti Abdullah Mergen bu transfer barədə bunları deyib:
"Bu transferin hər iki tərəf üçün xeyirli olmasını arzu edirəm. Növbəti mövsümdə hamının xoşuna gələn futbol ortaya qoyacaq bir komanda olmaq üçün transfer işlərinə davam edirik".
Qeyd edək ki, 26 yaşlı Uğur Pamuk Almaniyada doğulsa da, İğdır azərbaycanlısıdır. O, 2012-ci ildən ölkəmizdə "Sumqayıt" və "Xəzər Lənkəran" klublarında çıxış edib. Hücumameyilli futbolçu Berti Foqtsun dönəmində Azərbaycan millisində 2 oyuna da çıxmaq imkanı əldə edib.
Qaynarinfo.az



