Xəbər lenti

Azərbaycan millisinin futbolçusu 7:0-lıq oyunda iştirak etdi - Almaniyada
İdman11:55 23.07.2016

Azərbaycan millisinin futbolçusu 7:0-lıq oyunda iştirak etdi - Almaniyada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan millisinin futbolçusu Toğrul Erat yeni keçdiyi Almaniyanın "Duysburq" klubunda oyuna çıxıb.

Qaynarinfo.az xəbər verir ki, 3-cü Liqa təmsilçisi Mönxenqladbax "Borussiya"sının 23 yaşadək komandası ilə keçirdiyi yoxlama oyununda 7:0 hesablı qələbə qazanıb. Erat bu görüşdə start heyətdə meydanda olub və 66-cı dəqiqədə yerini Almaniya doğumlu türk futbolçu Ahmet Enginə verib. 

31-ci dəqiqədə hesabın 2:0 olmasında onun da rolu olub. Belə ki, onun zərbəsini qapıçı Tim-Oliver Himer qaytarsa da, rus futbolçu Stanislav İlyuşenko qayıdan zərbəni qola çevirib.

Qaynarinfo.az