İdman 18:25 10.12.2022

Azərbaycan millisinin futbolçusu əməliyyat olundu

Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Namik Ələskərov əməliyyat olunub.

Paytaxt təmsilçisindən Qaynarinfo-ya verilən məlumata görə, 27 yaşlı yarımmüdafiəçi qasıq nahiyyəsindəki yırtığa görə cərrahi müdaxiləyə ehtiyac duyub.

Almaniyanın Münhen şəhərindəki klinikalardan birində baş tutan əməliyyat uğurlu keçib.

Həkimlərin rəyinə əsasən, Ələskərov təxminən bir ay sonra komanda ilə məşqlərə qoşulacaq.