Xəbər lenti

Azərbaycan neft nəqlinin həcmini azaltdı
Ekonomiks13:54 05.07.2013

Azərbaycan neft nəqlinin həcmini azaltdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 2 544 149 ton Azərbaycan nefti nəql olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 6,9% azdır.

Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu ilin yanvar-iyun aylarında bu kəmərlə 15 180 756 ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,8% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il iyul ayının 1-ə qədər BTC-yə 220 632 390 ton neft vurulub.

Bundan başqa, bu  ilin iyun ayında BTC kəməri ilə 270 350 ton Türkmənistan nefti nəql olunub ki, bu da illik müqayisədə 25,5% çoxdur.

Qaynar.info