Xəbər lenti

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır
Ekonomiks 10:01 06.01.2026

Azərbaycan neftinin qiyməti 66 dollara yaxınlaşır

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,68 ABŞ dollar artıb.

Qaynarinfo xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,68 ABŞ dolları və ya 2,62 % artaraq 65,80 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 
--> -->