Dünya bazarında "Azeri Light" (CIF) markalı neft ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,26 ABŞ dolları və ya 2,81% azalaraq, 78,07 dollar təşkil edib.
Hərraclarda "Brent” markalı neftin yanvar fyuçersləri 76,70 ABŞ dollarına satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.