Xəbər lenti

Azərbaycan Ordusu təlimlərdə -FOTO
Ölkə11:06 13.07.2015

Azərbaycan Ordusu təlimlərdə -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Müdafiə Nazirliyindən Qaynar.info-ya verilən məlumata görə, iyulun 13-dən 17-dək Oberamerqau şəhərində (Almaniya) "Kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər" kursu və iyulun 13-dən avqustun 9-dək İstanbul şəhərində (Türkiyə) "Açıq dəniz təlimi" keçirilir.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.

Azərbaycan bundan öncə iyulun 8-dən 10-dək Ankara şəhərində (Türkiyə) “ETERNITY-2015” kompyuter dəstəkli komanda-qərargah təliminin planlaşdırma konfransında iştirak edib. Bir müddət öncə isə Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin Konyada “TurAz Şahini 2015” birgə təlimləri keçirilib. Təlimlər çərçivəsində qardaş ölkənin pilotları bir-birinin istifadəsində olan hərbi təyyarələri də sınaqdan keçiriblər.

Həmçinin, ötən ilin sentyabrında Azərbaycanda keçirilən “Turaz Qartalı” təlimlərində Türkiyə HHQ-nin silahlanmasında olan F-16 tipli qırıcı təyyarələri sınaqdan keçirən azərbaycanlı pilotlar bu dəfə F-4 tipli qırıcı-bombardmançı təyyarələri idarə ediblər.

Bundan başqa, Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopterləri Türkiyədə “İŞIK-2015” beynəlxalq axtarış-xilasetmə təlimlərində fəal iştirak edirlər və bu təlimlər çərçivəsində əməliyyatların yerinə yetirilməsinə cəlb olunublar.

“TurAz Şahini 2015” birgə təlimləri

Qaynar.info