Xəbər lenti

Azərbaycan ordusunun 3 generalı vəzifəsindən azad edildi
Ölkə10:13 25.04.2021

Azərbaycan ordusunun 3 generalı vəzifəsindən azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan ordusunun 3 generalı ehtiyata göndərilib.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, onlar - general-leytenant Zahid Hüseynov, general-mayor Rasim Əliyev və general-mayor Lənkəran Əliyevdir. Onlar yaşa görə ehtiyata buraxılıblar. 
Qeyd edək ki, Z.Hüseynov Baş qərargah rəisinin müavini, L.Əliyev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun inspeksiya rəisi, R.Əliyev isə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edirdi