Xəbər lenti

Azərbaycan Portuqaliya ilə eyni qrupda
İdman09:38 20.11.2013

Azərbaycan Portuqaliya ilə eyni qrupda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün 17 yaşadək qızlar arasında növbəti Avropa çempionatının püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında gerçəkləşən tədbirdə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Final mərhələsi İslandiyada keçiriləcək 2014/15 mövsümünün qitə çempionatının seçmə mərhələsində 40 komanda 10 qrupa bölünüb. Siyasət Əsgərovun baş məşqçisi olduğu yığmamız III qrupda yer alıb.

Komandamız qrupda ilk 2 yerdən birini tutmaq uğrunda İsveçrə, Macarıstan və Portuqaliya ilə mübarizə aparacaq. Qrup oyunlarının hansı ölkədə keçiriləcəyi isə hələ dəqiqləşməyib. Hər qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı 3-cü yer sahibi elit-raunda yüksələcək.

Qeyd edək ki, Avro-2015-in seçmə mərhələsinin oyunları 2014-cü il avqustun 1-dən 31-dək olan müddətdə keçiriləcək.

A səbəti: Danimarka, İsveçrə, İsveç, Polşa, Belçika, Norveç, Çexiya, İrlandiya, Hollandiya, İngiltərə

B səbəti: Finlandiya, Rusiya, Şotlandiya, İtaliya, Avstriya, Serbiya, Macarıstan, Uels, Türkiyə, Sloveniya

C səbəti: Rumıniya, Bosniya və Hersogovina, Şimali İrlandiya, Belarus, Yunanıstan, Ukrayna, Monteneqro, Bolqarıstan, İsrail, Latviya, Farer adaları, Moldova, Estoniya, Litva, Azərbaycan, Slovakiya, Xorvatiya, Qazaxıstan, Makedoniya, Portuqaliya

Qaynar.info