Xəbər lenti

Azərbaycan Premyer Liqası: 2024/25 mövsümünün püşkü atıldı
İdman 15:29 16.07.2024

Azərbaycan Premyer Liqası: 2024/25 mövsümünün püşkü atıldı

Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün püşkatma mərasimi keçirilib.

Qaynarinfo xəbər verir ki, AFFA-nın İnzibati Binasında təşkil olunan mərasimdə PFL-in media və marketinq direktoru Sənan Abdullayev, PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.

Tədbirdə E.Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra peşkatmaya start verilib.

Püşkatmada 33-cü dəfə keçiriləcək və 10 komandanın - "Qarabağ”, "Zirə”, "Sabah”, "Sumqayıt”, "Neftçi”, "Turan Tovuz”, "Səbail”, "Araz-Naxçıvan”, "Kəpəz” və "Şamaxı”nın iştirak edəcəyi yarışın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq.

Araz-Naxçıvan - Qarabağ
Şamaxı - Sabah
Zirə - Səbail
Neftçi - Turan -Tovuz
Sumqayıt - Kəpəz

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə avqustun 2-də start veriləcək.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->