Xəbər lenti

Azərbaycan Premyer Liqasında 23-cü tur başlayır
İdman06:51 15.04.2022

Azərbaycan Premyer Liqasında 23-cü tur başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək.
Qaynarinfo-nun məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək.
Əvvəlcə "Qəbələ" doğma meydanda "Sumayıt"la qarşılaşacaq. Komandalar indiyək çempionatda 38 dəfə üz-üzə gəliblər. Bunların 22-də, meydan sahibləri, 5-də qonaqlar qələbə qazanıb. Top fərqi də "Qəbələ"nin xeyrinədir - 62:28. Meydan sahibləri Premyer Liqadakı son 3 görüşdə rəqibinə uduzmayıb. Tərəflər arasındakı son iki görüşdə 3 və ya daha çox qol qeydə alınıb.
Günün ikinci qarşılaşmasında 52 xalla lider olan "Qarabağ" 20 xalla 6-cı sıradakı "Şamaxı" ilə üz-üzə gələcək.  Bu, komandaların çempionatdakı yubiley - 70-ci matçı olacaq. Buna qədər baş tutan görüşlərin 32-də "Qarabağ", 13-də isə "Şamaxı" meydanı 3 xalla tərk edib. Topların nisbətində ağdamlıların aşkar üstünlüyü nəzərə çarpır - 87:43. Meydan sahibləri Premyer Liqadakı son 14 oyunda rəqibinə uduzmayıb. "Şamaxı" isə son 3 səfər görüşündə xal qazana bilməyib.
Azərbaycan Premyer Liqası
XXIII tur
15 aprel
17:00. "Qəbələ” – "Sumqayıt
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
19:30. "Qarabağ” – "Şamaxı"
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Seymur Səlimli
"Azersun Arena”
Tura aprelin 16-da keçiriləcək "Zirə" - "Səbail" və "Neftçi" - "Sabah" matçları ilə yekun vurulacaq.
"Qarabağ" - 52, "Neftçi" - 41, "Zirə" - 36, "Qəbələ" - 34, "Sabah" - 32, "Şamaxı" - 20, "Sumqayıt" - 14, "Səbail" - 14
Səbuhi Həsənov