Xəbər lenti

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
İdman06:24 22.10.2022

Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 11-ci tur davam edir.
Qaynarinfo xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edəcək. Komandalar indiyədək ölkə çempionatlarında 21 dəfə üz-üzə gəlib. Bunların 10-da "qırmızı-qaralar", 6-da Gəncə təmsilçisi meydanı 3 xalla tərk edib. Topların nisbətində də "Qəbələ" üstündür - 28:17.
"Sumqayıt" isə doğma meydanda "Zirə"ni qəbul edəcək. Tərəflər Premyer Liqada 28 dəfə üz-üzə gəlib. Əvvəlki oyunların 14-də paytaxt klubu, 6-da meydan sahibləri qələbə qazanıb. Topların nisbətində qonaqların üstünlüyə malikdir - 35:21.
Azərbaycan Premyer Liqası, XI tur
22 oktyabr (şənbə)
16:00. "Qəbələ” – "Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
VAR hakimləri: Vüqar Həsənli, Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Qəbələ şəhər stadionu
18:30. "Sumqayıt” – "Zirə”
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
VAR hakimləri: Cavid Cəlilov, Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
"Kapital Bank Arena”
Turun ilk matçında aşağıdakı nəticə qeydə alınıb
"Qarabağ" - "Turan Tovuz" 3:0.
"Qarabağ" - 30, "Sabah" - 25, "Neftçi" - 22, "Zirə" - 16, "Qəbələ" - 16, "Turan Tovuz" - 12, "Səbail" - 9, "Kəpəz" - 4, "Sumqayıt" - 4, "Şamaxı" - 3
Səbuhi Həsənov