Xəbər lenti

Azərbaycan Premyer Liqasında II tura start verilir
İdman06:10 21.08.2021

Azərbaycan Premyer Liqasında II tura start verilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Azərbaycan Premyer Liqasında ikinci tura start veriləcək.
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.
Günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Keşlə" arasında keçiriləcək. İndiyədək ölkə çempionatında 51 dəfə üz-üzə gələn kollektivlərin duelində meydan sahibləri 14, qonaqlar isə 19 qələbə qazanıb. 18 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqi də bakılıların xeyrinədir - 68-51. "Qəbələ” son üç matçda qol vurub. Rəqiblərin son dörd oyununda qonaq komanda qələbə qazanmayıb. Saat 18.00-da başlayacaq matçı Rəşad Əhmədov idarə edəcək. İlk turdan sonra "Qəbələ" 1 xalla 3-6-cı yerləri bölüşdürür. "Keşlə" isə 0 xalla sonuncu pillədə qərarlaşıb.
Digər qarşılaşma Sumqayıtda olacaq. Şəhərin eyniadlı təmsilçisi doğma azarkeşlər önündə "Sabah"ı qəbul edəcək. İndiyə qədər bu komandalar arasında keçirilən 11 oyunun 5-də meydan sahibləri, 4-də isə qonaqlar 3 xala sevinib. 2 görüş isə heç-heçə başa çatıb. "Sumqayıt"ın hesabında 15, "Sabah"da isə 12 qol var. Üç matçdır uduzmayan paytaxt təmsilçisi son altı qarşılaşmada qol vurub. "Sumqayıt” son üç ev oyununda 2 qol buraxmaqla məğlub olub. Mövsümə qələbə ilə başlayan Ayxan Abbasovun komandası turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.  "Sabah" isə "Keşlə" ilə birlikdə 7-8-ci pillələri bölüşdürür. Saat 20.00-da "Kapital Bank Arena"da baş tutacaq qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Qarşılaşma saat 20:00-da start götürəcək.
Premyer Liqa
2021/22 mövsümü
I dövrə, II tur
21 avqust
18:00. "Qəbələ” – "Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Qəbələ şəhər stadionu
20:00. "Sumqayıt” –"Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Kapital Bank Arena”
Tura avqustun 22-də keçiriləcək "Zirə" - "Neftçi" və "Qarabağ" - "Səbail" matçları ilə yekun vurulacaq.