Xəbər lenti

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli oldu
İdman17:53 08.06.2022

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında yeni mövsümün başlama vaxtı bəlli olub.
Qaynarinfo xəbər verir ki, 2022/23 mövsümü avqustun 5-də start götürəcək. Turnirdə 10 komanda 4 dövrədə mübarizə aparacaq.
Yeni mövsümdə I divizionun da start vaxtı da bilinib. Burada mübarizə avqustun 24-də başlayacaq.
2022/23 mövsümündə komandalar oyunçuları yenə iki dəfə qeydiyyata sala biləcək.
Yay transfer pəncərəsi 10.06.2022 – 01.09.2022, qış transfer pəncərəsi 10.01.2023 – 09.02.2023 tarixlərini əhatə edəcək.