Xəbər lenti

Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik etdi
Ölkə15:15 12.07.2016

Azərbaycan Prezidenti monteneqrolu həmkarını təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro prezidenti Filip Vuyanoviçə təbrik məktubu göndərib. 

"Qaynarinfo.Az"ın məlumatına görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident,

Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında genişlənməkdə olan əlaqələr, qarşılıqlı maraq doğuran əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına xidmət edəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına sülh və firavanlıq arzulayıram".

Qaynarinfo.Az