
DİN məlumat yaydı.
Abşeron rayon sakini Leyla Qurbanova qadınları cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.
Daxili İşlər Nazirliyindən Qaynar.info-ya verilən məlumata əsasən, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Leyla Qurbanova gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar saxlanılmışdır.
Qaynar.info