Xəbər lenti

Azərbaycan "Eurovision" üçün rekord məbləğ xərcləyib - ŞOK RƏQƏM
Maqazin18:48 18.05.2016

Azərbaycan "Eurovision" üçün rekord məbləğ xərcləyib - ŞOK RƏQƏM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Eurovision-un təşkilinə 10 milyon avro xərcləməyi planlaşdırır. 
Bunu Ukraynanın infrastruktur nazirinin məsləhətçisi Yanika Merilo Estoniyanın ETV+ kanalına müsahibəsində deyib. 
"Eurovision"u ya Azərbaycan kimi 50 milyon dollar böyük pula, yaxud da Estoniya kimi 8 milyon avroya təşkil etmək olar. Biz isə bu yarışı 10 milyona təşkil etməyə planlaşdırırıq", - deyə nazirin məsləhətçisi bildirib.
O, deyib ki, Ukrayna yarış iştirakçısı ölkələrindən olan sponsor və donorların yardımına ümid edir. "Biz "Eurovision" üçün yeni arenalar tikməyi planlaşdırmırıq. Avro-2012 üçün tikilən meydanlardan istifadə edəcəyik. Yarışın yarımfinalı Lvov, Dnepropetrovs, ya da Odessada keçirilə bilər. Final isə Kiyevdə olar", deyə Merilo bildirib. (baku.ws)
Qaynarinfo.az