Xəbər lenti

Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı
Ölkə07:49 15.01.2014

Azərbaycan Rusiyaya qaz ixracını dayandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Rusiyaya qaz ixracını dayandırıb.

Rusiya KİV-i xəbər verir ki, “Qazprom”dan yanvarın 13-dən etibarən  texniki səbəblər əsas gətirilərək qaz verilməsinin dayandırıldığı və nə zaman bərpa ediləcəyinin isə məlum olmadığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Rusiyaya sutka ərzində 3 milyon kubmetr qaz ixrac edirdi. Azərbaycan Rusiyaya ixrac edilən təbii qazın ümumi həcmi isə, ilkin məlumatlara görə, 2013-cü ildə 31,5 faizə düşərək 1,37 milyard kubmetr təşkil etmişdi.

Xatırladaq ki, “Qazprom” və ARDNŞ 2009-cu ildə Azərbaycan qazının alqı-satqısı ilə bağlı saziş imzalamışdılar. /Qafqazinfo /


Qaynar.info