Xəbər lenti

Azərbaycan sədrliyi Belçikaya təhvil verdi
Ölkə14:24 13.11.2014

Azərbaycan sədrliyi Belçikaya təhvil verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrlik Azərbaycandan Belçikaya keçib.

Qaynar.info Trend-ə istinadən məlumat verir ki, bu barədə Avropa Şurasının mətbuat xidmətindən məlumat verilib.

Xarici işlər naziri Elmar Məmmədyarov sədrliyi Belçikaya təhvil verməzdən öncə Azərbaycanın Nazirlər Komitəsində sədrliyi dövründə əldə etdiyi nailiyyətlər barədə ümumi məlumat verib.

AŞ Nazirlər Komitəsinin yeni sədri, Belçika Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Didye Reynders ölkəsinin altı ay davam edəcək sədrliyi dövründə prioritetlərini təqdim edib.

Qaynar.info