Xəbər lenti

Azərbaycan “Su-24” bombardmançı təyyarələrini modernləşdirir
Ölkə11:10 25.11.2013

Azərbaycan “Su-24” bombardmançı təyyarələrini modernləşdirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalındakı “Su-24” (NATO kod adı “Fencer”) cəbhə bombardmançı təyyarələrinin modernləşdirilməsi layihəsinə başlanılacaq.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.
 
Hazırda bununla bağlı layihə Silahlı Qüvvələrdə müzakirə olunur. Modernləşdirmə işləri Azərbaycandakı aviazavodlardan birində həyata keçiriləcək.
 
Açıq mənbələrdə yer alan məlumatlara görə, hazırda Azərbaycan HHQ-nin inventarında 10-a yaxın “Su-24” təyyarəsi yer alır. Onu da əlavə edək ki, “Su-24” təyyarələri Cənubi Qafqaz ölkələri arasında yalnız Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alır.
 
Sonuncu dəfə Bakı səmasında 2008-ci il iyun ayının 26-da keçirilən hərbi paradda uçuş etmiş “Su-24” təyyarələrinin istismarı həmin vaxtdan dayandırılıb.

Qaynar.info