
Sentyabrın 16-dan etibarən ATV telekanalında yeni televiziya mövsümü başlayır. Anonslara əsasən demək olar ki, kanal bu mövsümə ciddi-cəhdlə hazırlaşıb.
Hər bir yerli telekanal növbəti mövsüm üçün yeni bir şey hazırlayır və rəqibləri arasında seçilməyə çalışır. Amma hədəfi nişan almaq heç də hamı üçün mümkün olmur.
Qaynar.info 1NEWS.Az saytına istinadən verdiyi xəbərə görə, yeni telemövsüm ərəfəsində ATV kanalı əsas ulduzlarının - İlkin Həsəni, Afaq Gəncəli, Zaur Baxşəliyev, Nanə Ağamalıyeva, Kəmalə Piriyeva, Xoşqədəm Hidayətqızı və digərlərinin iştirakı ilə yeni proqram anonslar silsiləsini hazırlamaqla özünü gözəl və parlaq şəkildə göstərə bilib.
Dövriyyəyə buraxılan ATV anonsları "Qayıdırıq” adı altında təqdim olunub.
İlkin Həsəni ATV kanalında yeni telemövsüm üçün kiçik fasilədən sonra yumoristik layihə - "Bozbash pictures”lə çıxış edəcək. Qeyd edək ki, hazırda "Bozbash pictures”in təkrar verilişləri böyük uğurla nümayiş olunur.
Yerli şou-biznes barədə ən reytinqli proqram olan "10Lar” kanalın siması Afaq Gəncəlinin təqdimatında şou sahəsindəki yeniliklərdən bəhs edəcək.
ATV kanalının ulduzu, müğənni Elnarə Xəlilova uzun müddətdir ki, "Sufrəmiz” kulinariya şousunu aparır.
Bu anonsun qəhrəmanı Zaur Baxşəliyev tok-şoudan başqa yeni mövsümdə "Fort-Boyard” beynəlxalq layihəsinə də spikerlik edəcək.
Bu isə ATV-də hava proqnozunun əsas ulduzu Kəmalə Piriyevadır.
Gündüz tok-şousunun aparıcısı Nanə Ağamalıyeva yeni mövsümün anonsu üçün kovboy obrazındadır.
Növbəti anonsun qəhrəmanı gözəl sarışın – Nərgiz Əliyeva "ATV magazin” verilişinin aparıcısıdır.