Azərbaycan Türkiyə Gürcüstan xarici işlər nazirlərinin Tiflisdə üçtərəfli görüşü başlayıb.
Bu barədə AzVision.az Gürcü KİV-nə istinadən xəbər verir.
Gürcüstan xarici işlər nazirinin müavini Giqi Giqiladze jurnalistlərə açıqlamasında bu gün xarici işlər nazirləri səviyyəsində növbəti V görüşün keçirildiyini qeyd edib: "Bizim münasibətlər aktiv şəkildə inkişaf edir. Bir neçə gün əvvəl nəqliyyat nazirlərinin görüşü keçirilib. Bundan başqa bu gün ikitərəfli görüşlər də nəzərdə tutulur. İkitərəfli görüşlərdə iqtisadi əlaqələrin inkişafı, siyasi münasibətlərin dərinləşlməsi, siyasi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq".
Nazir müavini bildirib ki, üçtərəfli görüşdən sonra Türkiyə, Azərbaycan və Gürcüstan arasında bəyannamə imzalanacaq: "Bəyannamədə ikitərəfli və üçtərəfli maraqlarımız ifadə olunacaq. Sənəd imzalandıqdan sonra nazirlər Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində magistral yolun Kartsax sahəsinə baxış keçirəcəklər".
Qaynar.info