Xəbər lenti

Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı - Siyahı
Ölkə18:10 19.02.2016

Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı - Siyahı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan “GOBankingRates” agentliyinin tərtib etdiyi 50 yaşamaq üçün ən ucuz olan reytinq siyahısında qonşu ölkələri qabaqlayıb.

Qaynar.info-nun ans press-ə istinadən məlumatına görə, Azərbaycan bu siyahıda 23-cü yerdədir. Reytinq əsasən yerli alıcılıq qabiliyyəti, icarə haqqı, ərzaq mallarının qiyməti, yerli mal və xidmətlərin istifadəsinin ucuz olmasına görə hazırlanıb.

Azərbaycanda:

Yerli alıcılıq qabiliyyəti 59,6%;

İcarə haqqı 88,5%

Ərzaq mallarının qiyməti 74%;

Yerli mal və xidmətlərdən istifadə 69,3% daha ucuzdur.

Agentliyin məlumatına görə, 50 ölkədə icarə haqqı Nyu-Yorka nisbətən 70%, ərzaq indeksi 40%, istehlak qiymətləri və xidməti 30 % daha ucuzdur.

Azərbaycanı da Nyu-Yorkla müqayisə edən “GOBankingRates” burada yaşam səviyyəsinin Nyu-Yorka nisbətən 70% daha ucuz olduğunu vurğulayır.

Reytinqdə Ermənistan 42, Gürcüstan 29, Türkiyə 31, Rusiya isə 39-cü yerdə bərqərar olub. İran isə ümumiyyətlə, 50 ölkədən ibarət olan siyahıya düşməyib.

Qaynar.info