Siyasət 10:21 25.06.2022

Azərbaycan və bu türk dövlətləri ortaq dərsliklərlə bağlı razılığıa gəldi

Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan arasında ortaq dərsliklərlə bağlı razılıq əldə edilib.

Qaynarinfo bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.

Beynəlxalq Türk Akademiyasının üzv ölkələri - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan lisey proqramlarına "Ortaq türk tarixi”, "Ortaq türk ədəbiyyatı” və "Ortaq türk coğrafiyası” kimi ortaq dərsliklərin salınması ilə bağlı protokollar imzalayıb.

Protokol çərçivəsində ölkələrin təhsil nazirlikləri tərəfindən birgə dərslik proqramları və mətnləri təsdiq edilib və hər iki tərəf bu kursların tələbələr arasında yayılması üçün müxtəlif tədbirlərin keçirilməsi barədə razılığa gəlib.

Qeyd edilir ki bu iclas dünən axşam Türk Akademiyasının prezidenti Darxan Qədr Əlinin sədrliyi ilə Astanada keçirilb və həmin iclasda Qazaxıstanın təhsil naziri Ashat Aymanbagetov, Qazaxıstanın elm və ali təhsil naziri  Sıyasat Nurbek, Azərbaycanın təhsil naziri Emin Əmrullayev, Qırğızıstanın təhsil naziri Almazbek Bisen Əliyev və Türkiyənin təhsil müşaviri Əbdulmütəllib Çətin iştirak ediblər.

M.Arif