Xəbər lenti

Azərbaycan və Ermənistan milliləri eyni qrupda
İdman13:08 15.02.2022

Azərbaycan və Ermənistan milliləri eyni qrupda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, C divizionunda mübarizə aparacaq Azərbaycan yığması B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.
A qrupunda isə Monako, Malta, San-Marino, Albaniya və Andorra yer alıb. Turnir 2022-ci il iyulun 24-31-də baş tutacaq.
Qeyd edək ki, görüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.