
Bakıda Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclası keçirilib. Görüşün nəticəsi olaraq, bir sıra ikitərəfli sənədlər imzalanıb.
"Report" xəbər verir ki, ölkə prezidentləri Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıb.
Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və onun ukraynalı həmkarı Pyotr Poroşenkonun iştirakı ilə iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə yük daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənəd və iki ölkənin mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Qaynarinfo.Az