Xəbər lenti

Azərbaycan Xankəndiyə atəş açmayıb
Ölkə07:33 20.09.2023

Azərbaycan Xankəndiyə atəş açmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır", - qeyd edilib.