Xəbər lenti

Azərbaycan yığması Lüksemburqu uddu
İdman19:31 16.11.2021

Azərbaycan yığması Lüksemburqu uddu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək futbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu başa vurub.
Qaynarinfo xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq yığması ilə qarşılaşıb.
Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.
Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.