
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kimliyi müəyyənləşib.
Qaynarinfo.az xəbər verir ki, bu vəzifə braziliyalı mütəxəssis Milton Luiz Ziller Juniora həvalə olunub.
Əvvəllər Rusiyada "Qazprom-Yuqra" komandasını çalışdırmış Miltinyo ləqəbli məşqçi minimum 1 il ərzində Azərbaycan yığmasının baş məşqçisi olacaq.
Qeyd edək ki, yığmamızı tarixində ilk dəfə dünya çempionatına çıxarmış ispaniyalı məşqçi Faustino Peres maddi səbəblərə görə AFFA ilə anlaşa bilməyib və ölkəmizi tərk edib.
Qaynarinfo.az