Xəbər lenti

Azərbaycana 48 min avtomobil gətirilib
Ölkə09:25 15.07.2013

Azərbaycana 48 min avtomobil gətirilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu ilin anvar-iyun ayları ərzində Azərbaycana 47 890 ədəd avtomobil idxal olunub. 

APA-nın xəbər verdiyi kimi, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Hesabata əsasən, təhlil olunan dövr ərzində Azərbaycana 43 186 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 708 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 499 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri və 497 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub.