Xəbər lenti

Azərbaycana beynəlxalq uçuşların sayı çoxaldılır
Ölkə16:43 01.09.2016

Azərbaycana beynəlxalq uçuşların sayı çoxaldılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda əlverişli yeni beynəlxalq aviareyslər təşkil olunacaq.

Qaynarinfo.az-ın məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin imzaladığı Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamda nəzərdə tutulur.

Sərəncama əsasən Nazirlər Kabinetinə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Mülki Aviasiya Administrasiyası və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə ölkəyə turistləri cəlb etmək məqsədilə əlverişli yeni beynəlxalq uçuşların (reyslərin) təşkili ilə bağlı tədbirlər görmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Qaynarinfo.Az