Xəbər lenti

Azərbaycana məxsus gəmi Xəzərdə saxlanıldı
Ölkə10:58 08.08.2013

Azərbaycana məxsus gəmi Xəzərdə saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın Federal Təhlükəsizlik Xidməti Xəzər dənizinin Dağıstan akvatoriyasında Azərbaycan bayrağı altında üzən  “Naftalan” gəmisini saxlayıb.
 
Bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb. Məlumatda qeyd olunur ki, Mahaçqaladan Səngəçal terminalına istiqamət alan gəmidə qaçaqmalçılıq yolu ilə əldə olunmuş “Lukoyl”a məxsus bir neçə min ton xam neft olub.
 
Bildirlir ki, Həştərxan şelfindən çıxarılan neftin Bakı-Novorosiysk  kəməri ilə nəql olunması nəzərdə tutulubmuş.  Faktla bağlı Rusiya Cinayət Məcələsinin “strateji resursların qaçaqmalçılığı” maddəsi ilə cinayət işi başlandığı bildirilir. 
 
Rusiya mənbələri tankerin Azərbaycanın Dövlət Neft Şirkətinə məxsus olduğu barədə məlumat yaysa da Şirkətin mətbuat xidməti bunu təkzib edir, bu adda gəmilərinin olmadığını bildirir.
 
Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin internet saytında verilən tanker siyahısında 1983-cü ildə istehsal olunan "Naftalan" tankerinin adı yer alıb.

“Naftalan” tankeri “General Şıxlinski” tipi üzrə 21 gəmidən biridir. Gəminin ümumi yük tutumu 5353 tondur.