Xəbər lenti

Azərbaycana qar yağacaq, külək əsəcək
Ölkə08:39 01.10.2017

Azərbaycana qar yağacaq, külək əsəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 2-nə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. 

"Qaynarinfo" nazirliyə istinadən xəbər verir ki, həftənin ilk iş günündə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi arabir  güclənəcək.

Havanın temperaturu gecə  14-16° isti, gündüz  16-18° isti, Bakıda gecə  14-16°, gündüz  16-18° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət  85-95 % olacaq. 

Azərbaycanın rayonlarında da arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə  9-14°, gündüz  15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı gözlənilir.

Qaynarinfo.Az