Xəbər lenti

Azərbaycana saxta sənədlə gələn əcnəbi həbs edildi
Ölkə 11:22 05.11.2025

Azərbaycana saxta sənədlə gələn əcnəbi həbs edildi

Azərbaycana saxta sənədlə gələn əcnəbi hava limanında saxlanılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında baş verib. Şri-Lanka vətəndaşı, 1993-cü il təvəllüdlü Pirathapan Sıvaloganathan Jaffna şəhərində sürücü işləyib.
 
Şri-Lankada yaşayış səviyyəsi aşağı olduğu üçün o, Avropa ölkələrinin birinə getmək istəyib. Bu məqsədlə 10 000 ABŞ dolları ödəməklə A85461771 nömrəli Malaysiya Respublikasına məxsus saxta pasport əldə edib, təyyarə reysi ilə Bakıya gəlib. Təqsirləndirilən şəxs Bakıya gələrək, Malayziya Respublikasına məxsus saxta pasportu sərhədçiyə təqdim edib. Bu zaman DSX əməkdaşları pasportun saxta olduğunu aşkarlayıb və Pirathapan Sıvaloganathan saxlanılaraq, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb və iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Pirathapan Sıvaloganathan 7 ay azadlıqdan məhrum edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->