Xəbər lenti

Azərbaycanda 17 yaşlı qız anasını öldürdü
Ölkə06:52 06.11.2016

Azərbaycanda 17 yaşlı qız anasını öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hacıqabulda bir müddət əvvəl qızı tərəfindən döyülən 52 yaşlı qadın ölüb.

Qaynarinfo.Az-ın APA-ya istinadən məlumatına görə, Hacıqabul rayonu Meyniman kənd sakini, 1964-cü il təvəllüdlü Təranə Ağasəlim qızı Babayeva bir müddət əvvəl 17 yaşlı qızı Ağacanlı Səadət Səxavət qızı tərəfindən döyülərək ağır xəsarətlər alıb.

T. Babayevanın aldığı xəsarətlərdən ötən gecə qardaşının evində öldüyü qeyd edilir. Hazırda meyit müayinə edilmək üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya mərkəzinə yerləşdirilib.

Ölən qadının qardaşı Günəş Həsənov iddia edir ki, bacısı qızı tərəfindən döyülmə nəticəsində ölüb. Hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcək.

Faktla bağlı Hacıqabul rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az