Xəbər lenti

Azərbaycanda 3 uşaq anası öldürüldü
Ölkə05:58 28.09.2013

Azərbaycanda 3 uşaq anası öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Astara rayonunda qətl hadisəsi baş verib.

Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 27-də saat 19.00 radələrində rayonun Maşxan kəndində qeydə alınıb.

Astara rayonunun Maşxan kənd sakini, 1966-cı il təvəllüdlü Mahir Osman oğlu Əhmədovla həyat yoldaşı, 3 uşaq anası olan 1970-ci il təvəllüdlü Gülbahar Ağaşan qızı Əhmədova arasında başlayan münaqişə ailə başçısının bıçaqla ağır yaralanması ilə nəticələnib. 
 
Həkimlərin səylərinə baxmayaraq M.Əhmədov Astara Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişib.
 
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanıb, hadisənin başvermə səbəbləri dəqiqləşdirilir.

Qaynar.info