
Soyuducu anbar kompleksində meyvə-tərəvəzin uzun müddət və itkisiz saxlanılması təmin olunacaq
Azərbaycanda daha bir nəhəng soyuducu anbar kompleksi inşa edilir. Artıq Ağcabədi rayonunun Rəncbərlər kəndində inşa olunan soyuducuda son tamamlanma işləri aparılır.
İnşasına 2011-ci ildə başlanılan kompleksdə tikinti işləri ən müasir standartlara uyğun olaraq görülüb. Kompleksin sahəsi 1,44 hektardır.
İyirmi dörd soyuducu kameradan ibarət kompleksdə quraşdırılan avadanlıq Türkiyədən gətirilib. Soyuducu kompleksin ümumi tutumu 5 min tondur. Burada Ağcabədi və ətraf rayonların fermerlərinin istehsal etdikləri meyvə-tərəvəzin uzun müddət və itkisiz saxlanılması təmin olunacaq.
Soyuducu kompleksdə işlərin yanvarın sonlarınadək başa çatdırılması nəzərdə tutulur.
Qaynar.info