Xəbər lenti

Azərbaycanda 5G texnologiyası nə zaman olacaq?
Texnologiya18:30 27.11.2017

Azərbaycanda 5G texnologiyası nə zaman olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın telekommunikasiya bazarı 5G beşinci nəsil mobil rabitə standartına keçməyə hazırdır.
Qaynarinfo xəbər verir ki, bunu Trend-ə Çinin ən iri telekommunikasiya avadanlığı istehsalçısı ZTE şirkətinin vitse-prezidenti Yanq Cun deyib.
Onun sözlərinə görə, ZTE-nin növbəti 5-10 il ərzində başlıca istiqaməti 5G texnologiyanın inkişafına yönəldiləcək:
"Bu texnologiya geniş əhatə spektrinə malikdir. Biz Azərbaycanda operatorların 5G-nin tətbiqinə hazır olub-olmadığının hələ deyə bilmərik, amma istisna olunmur ki, bazarda bu texnologiyanın tətbiq olunacağı müəyyən sektorlar mövcuddur".