
Azərbaycanın Daşkəsən rayonunda dəhşətli intihar faktı qeydə alınıb.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Pirverdilər kəndində baş verib. Kənd sakini, 2004-cü il təvəllüdlü Leqman Vüqar oğlu Abbasov özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynar.info