Xəbər lenti

Azərbaycanda ağır qəza: ölən və yaralanan var
Ölkə08:34 21.08.2014

Azərbaycanda ağır qəza: ölən və yaralanan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Qaynar.info-nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 10 radələrində İsmayıllı rayonunun Topçu kəndində qeydə alınıb. 

Hacıhətəmli kənd sakini İlham Azayevin idarə etdiyi “VAZ-21063” və Bakı şəhər sakini Əliağa Həsənovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. 

Nəticədə 1975-ci il təvəllüdlü İ.Azayev hadisə yerində dünyasını dəyişib, sərnişinləri - Bakı şəhər sakinləri Cavid Azayev, Xədicə Bağırzadə, Hacıhətəmli kənd sakini Minay Azayeva, habelə Ə.Həsənov və onun sərnişini - Bakı şəhər sakini Gülşən Şirəliyeva xəstəxanaya yerləşdirilib. 1985-ci il təvəllüdlü Cavid Azayev orada dünyasını dəyişib. 

Qəza nəticəsində ölənlərin əminəvəsi olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qaqynar.info