Xəbər lenti

Azərbaycanda ali məktəb rektoru vəzifəsindən azad olundu
Ölkə12:14 27.01.2015

Azərbaycanda ali məktəb rektoru vəzifəsindən azad olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib.
Qaynar.info xəbər verir ki, Azərbaycan Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetdə rektor dəyişikliyi dünən baş verib.
Səhhətində problemlər olan ali məktəbin rektoru Eldar Qəhrəmanov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Fərid Əhmədov təyin edilib. Yeni rektor artıq kollektivə təqdim olunub.
Keçmiş rektor Eldar Qəhrəmanov isə ali məktəbdə fəaliyyətini davam etdirəcək və əvvəlki vəzifəsində - İnzibati idaerəetmə kafedrasının müdiri kimi çalışacaq.
Qaynar.info