Xəbər lenti

Azərbaycanda ana doğuş zamanı öldü
Ölkə05:19 04.06.2013

Azərbaycanda ana doğuş zamanı öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı baş verib. 

Mingəçevir şəhər Polis İdarəsindən lent.az-a verilən məlumata görə, A.Şaiq küçəsi ev 11, mənzil 4 ünvanında qeydiyyatda olan Tağıyeva Günel Şahlar qızının doğuş zamanı vəziyyəti pisləşib. 

Əməliyyat yolu ilə övladını dünyaya gətirən qadın şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

G.Tağıyevanın dünyaya gətirdiyi uşağın vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.

Qaynar.info